Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Qedrosiya (yun.. Γεδρωσία ) müasir Bəlucistanın tarixi adıdır. Bəlucistan İranın cənub-şərqini, Pakistanın qərbini və Əfqanıstanın cənubunu əhatə edən bölgədir. Makedoniyalı İsgəndərin dövründə əyalət Hind çayından Hörmüz boğazına qədər olan bölgəni əhatə edirdi.
Makedoniyalı İskəndər eramızdan əvvəl 325-ci ildə şərq səfərindən Babilə qayıdarkən bu bölgədən keçmişdir. Onun bu bölgədəki sərt hava şəraitinə görə ordusunun dörddə üçünü itirdiyi ehtimal olunur. Con Prevas “Tanrılara həsəd: Makedoniyalı İskəndərin Asiyaya bədbəxt səyahəti” əsərində yazırdı ki, İskəndər Hindistanı fəth etmək istəmədiyi üçün ordusunu cəzalandırırdı.